Kür sahilində M.P.Vaqif adına Mərkəzləşdirilmiş Kitabxananın təşkil etdiyi bu ilki kitab bayramında maraqlı fikirlər səsləndirilib. Tamaşaçı az olsa da, sözə, ədəbiyyata qiymət verən ziyalılar kənarda qalmayıblar. İcra hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov, kitabxananın müdiri Etibarə Babayeva, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və başqaları deyiblər ki, valideyn məsuliyyətini yüksəltmək, yay oxu dərslərinə diqqəti artırmaq, kitab oxuma üzrə yeniyetmə və gənclər arasında yarışmalar təşkil etmək vacibdir. Uşaq kitabxanasında balacaları əyləndirə biləcək şəraitin yaradılmasından, böyüklərin arzu etdikləri bir çox kitabları elektron formada ala bilməsindən də danışılıb.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Şərhlər bağlıdır.