Mingəçevirin ilk data-jurnalistika platforması!

Gəncə və Mingəçevir şəhərləri yenidən raket atəşinə tutulub

268

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Eyni zamanda bu gecə 1 radələrində Ermənistan ərazisindən Mingəçevirə də rekatlər atılıb və ordumuzun Hava Hücumundan Müdafiə Qüvvələri onları havada zərərsizləşdirib.

Şərhlər bağlıdır.