Warning: include_once(/home/u344819528/domains/data.org.az/public_html/wp-includes/init.php): Failed to open stream: No such file or directory in /home/u344819528/domains/data.org.az/public_html/wp-config.php on line 116

Warning: include_once(): Failed opening '/home/u344819528/domains/data.org.az/public_html/wp-includes/init.php' for inclusion (include_path='.:/opt/alt/php83/usr/share/pear:/opt/alt/php83/usr/share/php:/usr/share/pear:/usr/share/php') in /home/u344819528/domains/data.org.az/public_html/wp-config.php on line 116

Warning: Constant ALLOW_UNFILTERED_UPLOADS already defined in /home/u344819528/domains/data.org.az/public_html/wp-config.php on line 119
“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində qalib olan “Robolego” layihəsinin bağlanış mərasimi keçirilib – Data Jurnalistika
Mingəçevirin ilk data-jurnalistika platforması!

“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində qalib olan “Robolego” layihəsinin bağlanış mərasimi keçirilib

88

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində qalib olan Mingəçevir şəhər D.Nağıyev adına 9 saylı tam orta məktəbin müəllimi Gülçin Zeynallının “Robolego” layihəsinin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində məktəbin direktor müavini Aynur İsmayılzadə, layihənin eksperti Etiram Sadıqzadə, məktəb müəllimləri, valideynlər və məktəblilər iştirak edib.

Qeyd edək ki, iyirmi şagirdin iştirak etdiyi layihədə beş təlim, bir müsabiqə xarakterli olmaqla, altı praktiki tədbir keçirilib. Layihənin məqsədi Mingəçevirdə təhsil alan ibtidai sinif şagirdlərində ilkin mühəndislik və robot düzəltmə bacarıqlarını inkişaf etdirməkdir.

Layihə rəhbəri Gülçin Zeynallı bildirib ki, ilkin mühəndislik bacarıqlarının formalaşması üçün robot düzəltmə təlimlərinin ibtidai siniflərdə keçirilməsi çox əhəmiyyətlidir.

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.

Şərhlər bağlıdır.

Ana Geri Haqqımızda Əlaqə