Mayın 1-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı daimi nümayəndəliyinin başçısı İvana Fernandes Duarte, Baş Bankir Sanjar Usmanov, Bankirlər Sofiko Çikradze və Real Hacıyevi qəbul edib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Yenidənqurma İnkişaf Bankının prezidenti Suma Şakrabotini ilə müzakirə etdiyi “Yaşıl şəhər” təşəbbüsü proqramının imkanları və potensial əməkdaşlıq barədə söhbətlər aparılıb. Şəhər rəhbəri qonaqlara Mingəçevir şəhəri haqqında məlumat verib, qarşıda duran prespektiv planlardan söz açılıb.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı
Şərhlər bağlıdır.