“Education Hub”ın təşkilatçılığı ilə Azərbaycanda yaşayan gənclər üçün “İnkişaf Zamanı” Proqramı çərçivəsində “Birlikdə Sən Ol” təşəbbüsü vasitəsi ilə 7 və 8 noyabr 2020-ci ildə Bakı və Mingəçevirdə yaşayan uşaqlar üçün “Gender əsaslı zorakılıq” adlı onlayn təlim keçirilib. Təlimin ilk günü Şəfa Əhmədova, Reyhan Əliyeva və Aynur Şirinlinin təqdimatında baş tutub. Təlimçilər tərəfindən gender, cinsi ayrı-seçkilik, stiqma, stereotiplər, zorakılıq və onun növləri mövzularında məlumatlar verilib, uşaqlar arasında interaktiv müzakirələr aparılıb. Eyni zamanda uşaqlar cəmiyyətdə baş verən problemlərin həlli ilə bağlı təklif və fikirlərini bölüşüblər.
Təlimin ikinci günü Azərbaycan Gənclər Parlamentinin Baş Katibi, təlimçi Asiman Qocayevin təqdimatında baş tutub. Təlimçi tərəfindən zorakılıq anlayışı, stereotiplər, stiqma və gender əsaslı zorakılıq barədə məlumatlar verilib və müzakirə aparılıb. Mövzuya əsasən uşaqların stereotiplərlə bağlı hazırladıqları karikaturalar təlim müddətində nümayiş etdirilərək, müzakirə olunub. “Birlikdə Sən Ol” komanda üzvlərinin gender stereotipləri ilə bağlı hazırladığı video-çarxın nümayişindən sonra uşaqlar öz təəsüratlarını paylaşıblar.
Proqram Mitost Assosiyasının dəstəyi ilə həyata keçirilir.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.



Şərhlər bağlıdır.