Qarabağ Əllillər Cəmiyyəti Mingəçevir şöbəsinin üzvləri noyabrın 1-də Qarabağ qazilər birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədovun vəfatı ilə əlaqədar ehsan süfrəsi açıblar. Mərhumun ruhuna dua verildikdən sonra qazilər və mərasimə toplaşan ictimaiyyət nümayəndələri E.Əsədov barədə danışəblar. Bildirilib ki, Etimad Savalan oğlu Əsədov 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. Ötən əsrin 80-ci illərində həmin kəndddə orta məktəbi bitirib. 1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. 1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib. 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri idi. O, bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı






Şərhlər bağlıdır.