Iyunun 1-dən 5-dək Gəncə şəhər Gənclər evində təşkil edilən gənc xanımlar üçün digital marketinq, biznes və liderlik təlimlərinə müvəffəqiyyətlə yekun vurulub. ABŞ İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Qadın İştirakçılığı Programı Counterpart İnternational təşkilatı tərəfindən icra olunur. Təlim proqramı çərçivəsində Gəncə və ətraf bölgədən olan 25 nəfər qadın iştirakçıya 5 gün ərzində sahibkarlıq, biznes planın və marketinq strategiyasının hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları, şəxsi inkişaf və liderlik modulları üzrə təlim sessiyaları təşkil olunub. Təlimləri Gülnarə İsmailovanın rəhbərlik etdiyi təlimçilər qrupu – Seymur Quliyev, Tural Abbaslı və Seymur Kazımov aparıb.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.


Şərhlər bağlıdır.