Hakim qadından soruşur:
-Boşanmağınızın səbəbi nədir? İçəndir? Narkomandır?
-Yox.
-Sizi döyür? Uşaqlara baxmır?
-Yox.
-Bir kişi kimi sizi qane etmir? Başqa qadınla görüşür?
-Yox, nə danışırsınız.
-Bəlkə yaxşı qazanmır?
-Bilirsiniz, möhtərəm hakim, mənim ərim bazarda pul dəyişəndir. O gün gedib 200 min dollar borc alıb, manata dəyişib, sabahısı dollar qalxıb, 70 min ziyana düşüb. İndi kişi girovdadır. Boşanıram ki, heç olmasa 20 minlik evimiz əldən getməsin.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı
Növbəti yazı
Şərhlər bağlıdır.