General-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün aparılan hərbi əməliyyatların rəhbərlərindən biri, Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatının başçısıdır.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Şərhlər bağlıdır.