Beynəlxalq STEAM Azərbaycan Festivalında Mingəçevir Texniki Humanitar Liseyinin (THL) 5 komandası finala vəsiqə qazanıb!
Bildiyimiz kimi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” keçiriləcək!
Mingəçevir şəhər Texniki Humanitar Liseyin komandaları seçim turunda ən yüksək nəticələrlə finala vəsiqə qazanıb.
Bu haqda Liseyin direktoru Nailə Məmmədova Mİ-News saytına məlumat verib.
Komandaların hər birinin mentoru ilə həftələrlə gərgin əməklə hazırlaşdığını və yüksək balla finala vəsiqə qazandığını bildirən N. Məmmədova finala vəsiqə qazanan şagirdlərin adlarını açıqlayıb.
Şərhlər bağlıdır.