Mingəçevir şəhər Ü.Hacıbəyli adına musiqi məktəbində “Qürur və fəxarət günü”-FOTOLAR
Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli11 illik musiqi məktəbində 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Qürur və fəxarət günü” adlı musiqili-ədəbi tədbir keçirilib.
Tədbirdə Şəhid ailələri, veteranlar, media nümyəndləri və məktəb kollektivi iştirak edib.Bədii hissədən öncə məktəbin şəhid müəllimi Qüdrət Qurbanovun büstünün yer aldığı xatirə lövhəsinin açılışı olub.
Mərasimdə çıxış edənlər şəhidin əziz xatirəsi ehtiramla yad ediblər, onun Vətən qarşısında xidmətlərindən, göstərdiyi fədakarlıqdan və xalqımızın azadlığı, müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksələn oğullarımızın tarixi qəhrəmanlığından danışınblar.
Qeyd olunub ki,xatirə lövhəsinin açılması sadəcə bir anım tədbiri deyil, həm də milli yaddaşımıza həkk olunmuş qəhrəmanlıq salnaməsinə ehtiramın növbəti ifadəsidir.
Xatirə lövhəsinin açılış mərasimindən sonra tədbir məktəb kollektivinin hazırladığı musiqili-bədii proqramla davam etdirilib. Öncə Dövlət himni səsləndirlib və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəblilərin ifasında səslənən vətənpərvərlik ruhlu mahnılar, musiqili kompozisiyalar və ədəbi nümunələr tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Orkesrt və ansanbılın müşayəti ilə ifa olunan musiqi nömrələrində Vətən sevgisi, şəhidlərimizin qəhrəmanlığı, torpağa bağlılıq və milli-mənəvi dəyərlər öz əksini tapıb. Hər bir ifa, hər bir bədii təqdimat şəhidlərin xatirəsinə ehtiramın, onların müqəddəs amalına sədaqətin ifadəsinə çevrilib.
Tədbirin sonunda yaradıcılıq sahəsində fərqlənən məktəbin müəllimlərinə “Təşəkkürnamə”lər təqdim olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.