“Education HUB”ın təşkilatçılığı və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində təlim proqramına start verilib. Bərdə, Mingəçevir və Yevlaxdan olan qadınlara 2 ay müddətində sosial sahibkarlıq, biznes planın və marketinq planın hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları və s. modullar üzrə təlim sessiyaları təşkil olunacaq. Təlimi uğurla başa vuran xanımlar 2-ci mərhələdə öz fəaliyyətlərini mentorlarla davam etdirəcəklər.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı




Şərhlər bağlıdır.