Dekabrın 28-də “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin təqdimat mərasimi keçirilib. Layihə rəhbəri Etiram Sadıqzadə bildirib ki, 3 ay davam edəcək layihə çərçivəsində şəhərin orta məktəblərində natiqlik təlimləri təşkil ediləcək, Milli Debat Proqramı çərçivəsində, Karl Popper formatında debat təlimləri və Debat Forumu keçiriləcək: “Layihənin davamlılığını təmin etmək məqsədi ilə bu layihəni uğurla başa vuran, xüsusi fəallığı ilə seçilən şagirdlər müəyyən olunacaq, onlara mütəmadi təlimlər keçiriləcək. Məqsəd gənclər arasında natiqliyə olan marağı artırmaq, cəmiyyətimiz üçün daha aktiv və yaradıcı gəncləri üzə çıxarmaqdır”.
Təlimçi Samir Şükürov, Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov da gənclər sektorunda görülən işlərdən söhbət açaraq, layihə komandasına və iştirakçılara uğurlar arzulayıblar.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı
Növbəti yazı






Şərhlər bağlıdır.