Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürdüb. Müəssisədən bildirilib ki, “Ordumuzun bütün əsgər və zabitlərinə Qarabağın azadlığı uğrunda aparılan şərəfli və ədalətli mübarizədə uğurlar diləyir, onların hamısının tezliklə sağ və salamat qayıtmalarını arzu edirik! Biz Qələbəyə inanır və bunu səbirslizliklə gözləyirik! Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!”
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı
Şərhlər bağlıdır.