İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiə günü Mingəçevirdə əvvəlki illərdən fərqli şəkildə keçirilib. Şəhərin bağçalarında tərbiyə alan balacalar Dövlət Dram Teatrının səhnəsində bacarıq və istedadlarını nümayiş etdiriblər. Onlar ana, vətən və ulu öndərə həsr olunan şən mahnlar oxuyub, şeirlər söyləyib, milli və xarici rəqsləri ifa ediblər. Saat yarımdan artıq davam edən tamaşa ağzınacan dolu salonda valideynlərin və qonaqların alqışlarına səbəb olub. Tamaşanı izləyən İcra Hakimiyyəti başçısı səhnəyə qalxaraq, uşaqları təbrik edib və onlarla birgə şəkil çəkdirib.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Şərhlər bağlıdır.