İHB-nın birinci müavini İlham İsmayılov açaraq, 15 İyun gününün Azərbaycanın müasir tarixində mühüm bir yer tutduğunu, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edilyini vurgulayıb. YAP ŞT-nın sədri Cavanşir Yusubov, “Tələbə” Poliklinikanın baş həkimi Nurcamal Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev Milli Qurtuluş gününün xalqımızın müstəqillik firavan həyat yolunda böyük əhəmiyyət kəsb etdiyindən danışıblar. Sonra YAP-a qəbul olunan bir qrup gəncə partiya vəsiqəsi təqdim olunub.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Növbəti yazı
Şərhlər bağlıdır.