Dekabrın 12-də Mingəçevirdə ulu öndərin anın günü qeyd edilib. Hökumət və ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri Heydər Əliyevin abidəsi önünə gələrək, ona ehtiramlarını bildiriblər. Gülqoyma mərasimindən sonra anım mərasimini iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyəini əks etdirən fotosərgi ilə tanış olub və onun barəsində filmi izləyiblər. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə verilən ehsan süfrəsində H.Əliyevin ruhuna dualar oxunub və ona Allahdan rəhmət dilənib.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı























Şərhlər bağlıdır.