Mingəçevirdə dəm qazından zəhərlənənlər xəstəxanadan evə buraxılıb
4 nəfər – 3 qadın və 1 kişi – göstərilən tibbi yardım sonrası ambulator müalicəyə yönləndirilib
Bu gün səhər saat 05:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına 4 nəfər – 3 qadın və 1 kişi – dəm qazından zəhərlənmə diaqnozu ilə gətirilib.
Xəstəxanadan verilən məlumata görə, pasiyentlərə bütün zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Hazırda onların hamısı ambulator müalicə üçün evə buraxılıb.
Şərhlər bağlıdır.