Mingəçevirin ilk data-jurnalistika platforması!

Hello Sun (Salam, Günəş) tətbiqi

1

Small Multiples şirkəti tərəfindən yaradılan Hello Sun (Salam, Günəş) mobil tətbiqi canlı verilənlərin vizuallaşdırılması nümunəsidir. Tətbiqin əsas paneli dünyanın müxtəlif şəhərlərində Günəş və Ayın səma üzərində hərəkətini real vaxt rejimində göstərir.

Dairəvi səma xəritələrində Günəşin doğması və batması ilə rənglər dəyişir. Hər şəhər simvolik memarlıq abidəsi ilə təsvir edilir və bu abidə yalnız Günəş işığı onun kölgəsini salanda görünür.

Tətbiq GPS koordinatları ilə dünyanın istənilən yerində Günəşin davranışını göstərir. Bu, istifadəçilərə tərəvəz bağı salmağı planlaşdırarkən və ya yeni mənzil seçərkən günəş işığının səviyyəsini nəzərə almağa kömək edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.

Ana Geri Haqqımızda Əlaqə