Elm dünyasının ən böyük sirrlərindən biri olan qaranlıq maddənin axtarışı davam edir. Cavab hələ tapılmasa da, Quanta Magazine bu mövzunu izah edən təsirli vizualizasiya hazırlayıb.
İnfoqrafika qaranlıq maddənin hansı hissəciklərdən ibarət ola biləcəyini göstərir: aksionlar, WIMP-lər, ultrayüngül qaranlıq maddə və ya ilkin qara dəliklər bu ehtimallar arasındadır.
Hər hissəcik növü kütləsinə uyğun şəkildə miqyas üzərində yerləşdirilib və qısa izahlarla təqdim olunub. Vizualizasiya həmçinin müxtəlif elmi eksperimentlərin nəticələrini araşdırmağa da imkan yaradır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.