Müasir Mingəçevirin 70 illik yubileyini silsilə tədbirlərlə bayram edən Mingəçevir Turizm Kollecinin kollektivi yekun ümumşəhər tədbirində fəallığı ilə diqqəti çəkib. Onların nağıl qəhramanlarının ifasında təqdim etdiyi flasmob tamaşaçı rəğbətini qazanıb. Həmçinin kollec tələbələri kukla teatrının tamaşa hazırLığı prosesinə cəlb edilib. Ümumən isə kollektiv teatr meydanında düzənlənən bayram mərasimində ən böyük guşə ilə təmsil olunub. Guşədə 100-dən artıq müxtəlif məzmunlu dəyərli eksponat kütləvi nümayişə çıxarılıb. Onların arasında dəyərli əl işləri, rəsm əsərləri, yubiley münasibəti ilə xüsusi hazırlanmış maketlər, tanıtım suvenirləri və digər əşyalar, həmçinin təşviqat lövhələri yer alıb. Kollecin özfəaliyyət bölməsinə məxsus musiqi qrupu və istedadlı ifaçı tələbələrin çıxışları da yaddaqalan olub. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov qonaqlara kollektivin mövcud potensialı barədə məlumat verib.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı





Şərhlər bağlıdır.