Mingəçevirin ilk data-jurnalistika platforması!

“Azərkabel” ASC-nin 31 dekabr 2025-ci il tarixinə mühasibat balansı

MÜSTƏQİL AUDİTORUN HESABATI

12

Müstəqil Auditorun Maliyyə Hesabatlarının Auditinə Dair Hesabatı

“AZƏRKABEL” Açıq Səhmdar Cəmiyyətinin Rəhbərliyinə

Mənfi Rəy   (Portaldakı unikal kodu: M085BDnEqI)

 

Mən  “AZƏRKABEL” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – şirkət) 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, hesabatımın “Mənfi rəy üçün əsaslar” bölməsində əks etdirilən məsələlərin əhəmiyyətliliyinə və hər tərəfli (kütləvi) təsirinə görə, əlavə edilmiş maliyyə hesabatları Şirkətın 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün və ədalətli şəkildə əks etdirmir.

Mənfi Rəy üçün Əsaslar

Aparılmış audit prosedurları nəticəsində Cəmiyyətin Maliyyə vəziyyəti haqqında hesabatında əks olunan aşağıdakı maddələrdə MHBS tələblərinə zidd olan və hesabatın bütövlüyünə təsir edən ciddi maddi təhriflər aşkar edilmişdir:

  • Ehtiyatlar: Maliyyə vəziyyəti haqqında hesabatda 307 666,14 manat məbləğində göstərilmiş ehtiyatların balans dəyəri reallığı əks etdirmir. Aparılmış yoxlamalar və yenidən qiymətləndirmə nəticəsində bu maddə üzrə dəyərdən düşmə zərərləri tanınmamış və ehtiyatlar əhəmiyyətli dərəcədə şişirdilmişdir.
  • Debitor borcları: Balansda 2 276 640,00 manat məbləğində əks olunan ticari və sair debitor borclarının tərkibində vaxtı keçmiş və bərpası qeyri-mümkün olan ümidsiz borclar mövcuddur. MHBS 9 (Maliyyə Alətləri) standartının tələblərinə zidd olaraq, gözlənilən kredit zərərləri üzrə ehtiyat yaradılmadığı üçün debitor borcları və hesabat dövrünün mənfəətliliyi yüksək göstərilmişdir.
  • Sair aktivlər: 3 108 511,41 manat məbləğində təqdim olunan sair aktivlərin tərkibinə Cəmiyyətin mülkiyyətinə və fəaliyyətinə aid olmayan, eləcə də aktiv meyarlarına cavab verməyən məbləğlər daxil edilmişdir. Bu maddə bilavasitə silinməli olan zərərləri gizlətmək məqsədilə şişirdilmişdir.

Aşkar edilmiş bu təhriflər sistemli xarakter daşıyır, maliyyə hesabatlarının digər formalarına (Mənfəət və ya zərər hesabatı və Kapitalda dəyişikliklər hesabatı) birbaşa təsir göstərir və bütövlükdə maliyyə hesabatlarının strukturunu tamamilə qeyri-bərpaolunan dərəcədə təhrif edir.

Mən auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar Mühasiblərin Etika Məcəlləsinin” (IESBA) tələblərinə uyğun olaraq Şirkətdən asılı deyiləm və mən digər etik öhdəliklərimizi IESBA məcəlləsinin tələblərə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti  

Rəhbərlik maliyyə hesabatlarının İFRS (Beynəlxalq Maliyyə Hesabatları Standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkətı ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman peşəkar mühakimə tətbiq edirəm və peşəkar inamsızlıq nümayiş etdirirəm. Mən həmçinin:

  • Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirirəm, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirirəm və rəyimi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirəm. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
  • Şirkətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürəm.
  • İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndirirəm.
  • Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə ediməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Şirkətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıram. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığım halda, auditor hesabatımda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyəm və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimə dəyişiklik etməliyəm. Nəticələrim auditor hesabatımın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Şirkətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
  • Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndirirəm.

Mən subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığım zaman daxili nəzarətdə aşkar etdiyim əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririrəm.

Mən həmçinin subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat verirəm ki, müstəqilliyə və müstəqilliyimə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etmişəm.

Şirkətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən mən cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirəm. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmş şəkildə güman edildiyinə görə mən bu məsələ haqqında hesabatımda məlumatın verilməməsini qərara almadığım halda, mən bu məsələləri auditor hesabatında təsvir edirəm.

 

Sərbəst Auditor

Əliyev Natiq Firuddin oğlu          ____________

Bakı şəhəri, Azərbaycan Respublikası                  

22 iyun, 2026-cı il.

 

“AZƏRKABEL” Açıq Səhmdar Cəmiyyəti
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 Dekabr 2025-ci il tarixinə
VÖEN: 2700022751 Azərbaycan manatı ilə
Qeyd 31 dekabr 31 dekabr
2025-ci il 2024-cü il
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti
Vergidən əvvəlki mənfəət 30  (21 300,95)  (6 094,35)
Əsas vəsaitlərin amortizasiyası 7  19 739,22 21 534,76
Qeyri-maddi aktivlərin amortizasiyası
İstifadə hüquqlu aktivlərin amortizasiyası
Əsas vəsaitlərinin satılmasından mənfəət
Bioloji aktivlərin və kənd təsərrüfatı məhsullarının yenidən qiymətləndirilməsi üzrə zərər (mənfəət)
Maliyyə xərcləri
Mənfəət vergisi                        –                                       –
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti  (1 561,73)  15 440,41
Verilmiş avanslarda artım
Ticarət və digər debitor borclarda və sair aktivlərdə (artım) azalma
Mal-material ehtiyatlarında azalma (artım) 10   48 000,00  48 000,00
Bioloji aktivlərdə artım
Ticarət və digər kreditor borclarda artım (azalma)
Dövriyyə kapitalında dəyişikliklər  46 438,27  63 440,41
Kreditlər və borclar üzrə ödənilmiş faizlər 15  50 887,38   (25 579,58)
Əməliyyat fəaliyyəti üzrə daxil olan (istifadə edilən) xalis pul vəsaitləri  97 325,65  37 860,83
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti
Əsas vəsaitlərin alınması
Qeyri-maddi aktivlərin alınması
Əsas vəsaitlərin satılmasından daxilolmalar
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri                        –                                       –
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti
Kreditlər və borclar üzrə daxilolmalar
Əlavə kapital qoyuluşunun geri götürülməsi
Kreditlər və borcların qaytarılması 18  (95 538,15)  (38 929,44)
İcarə öhdəliyinin ödənilməsi
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri  (95 538,15)   (38 929,44)
Mənfəət dәyişikliklәrinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri
Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaric olmaları
Pul vəsaitləri və onların ekvivalentlərində xalis dəyişikliklər  1 787,50 (1 068,61)
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri  13 660,01  14 728,62
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri  15 447,51  13 660,01
                        –                                        –
30 aprel 2026-cı il tarixində Cəmiyyət tərəfindən təsdiqlənmiş və onun adından imzalanmışdır
______________________ ______________________
   N. E. Şahmuradov A. İ. Hacıyeva
      Direktor Mühasib
Şərhlər və Qeydlər hazırkı Maliyyə Hesabatlarının tərkib hissəsidir

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.

Ana Geri Haqqımızda Əlaqə