Sahib müəllimin dediyinə görə, bu gün müəllimlər İKT sahəsində axsayırlar: “Onların Şagirdlər daha çox məlumata malikdirlər. Bu, müəllimlər üçün həyəcan siqnalı olmalıdır. İKT-nı bilməyən müəllim sabah ağıllı elektron lövhələrini idarə edə bilməyəcək. Müəllimlərin əksəriyyətinin yeni tədris vərdişlərinə yiyələnməsinə, köhnə nəslə mənsub kompüterlərin dəyişdirilməsinə ehtiyac duyulur. Məktəblərin 60%-də fizika kabinetləri yoxdur. Son 4 ildə “İlin ən yaxşı məktəbi” müsabiqəsinə Mingəçevirdən heç bir təşkilat qatılmayıb”. Sahib müəllimin planları çoxdur. Daha ətraflı: data.org.az xəbər portlının video bölümündə tanış olmaq mümkündür. Sahib Əmirxan oğlu Məmmədov 1960-cı il yanvarın 3-də Ağdam rayonunun Çəmənli kəndində doğulub. 1977-ci ildə Mingəçevir şəhərində 3 saylı orta məktəbi bitirib.1977-79-cu illərdə keçmiş Yol Maşınları Zavodunun təmir briqadasında fəhlə işləyib. 1979-84-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb. Təyinatla Yevlax rayonunun Gülövşə kənd orta məktəbinə göndərilib. Səkkiz ilə qədər orada ixtisası üzrə rus dili nüəllimi, baş və metodist müəllim kimi çalışıb. 1992-ci ilin yanvarında Mingəçevir şəhər təhsil şöbəsinə metodist, iyun ayında isə 15 saylı məktəbə direktor vəzifəsinə təyin olunub. 2008-ci ilə qədər həmin məktəbə, sonra isə bu məktəbin bazasında yaradılan Texniki-humanitar liseyə rəhbərlik edib. Pedaqogika üzrə fəlsəfə doktorudur və elmi fəaliyyətini davam etdirir. Əməkdar müəllim fəxri adını alıb. Ailəlidir.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı
Növbəti yazı
Şərhlər bağlıdır.