Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından 7 il keçir. Bu münasibətlə fevralın 13-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib. İştirakçılar ulu öndərin abidəsi önünə gül qoyaraq ehtiramlarını bildirib, onun həyat və fəaliyyətinə həsr edilən sərgi ilə tanış olublar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsinin rəisi Şirvan Xasıyev Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamını oxuyub. Həmin sərəncamla 20 nömrəli orta məktəbin direktoru Tünzalə Məmmədova və hərbi rəhbəri Əli Abbasov gənclərin çağırışadək hazırlıq fənninin tədrisinə görə Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilib. Şəhər şöbəsinin bir qrup əməkdaşı da Fəxri Fərman və pul mükafatına layiq görülüb.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı



Şərhlər bağlıdır.