Mingəçevir Turizm Kolleci media təmsilçilərini bir araya gətirdi
Azərbaycan mətbuatının 151 illiyi qarşısında MTK və yerli KİV nümayəndələrinin süfrə ətrafında səmimi görüşü keçirilib
18 iyul 2026-cı ildə Mingəçevir Turizm Kollecinin təşəbbüsü və təşkilatçılığı ilə yerli media mənsubları və təhsil müəssisəsinin bir qrup üzvü səhər yeməyi ətrafında bir araya gəlib. Azərbaycan Mlli Mətbuatının 151 illiyi qarşısında baş tutan səmimi görüşdə təhsil müəssisəsi ilə media arasında əməkdaşlıq perspektivləri, təhsilin inkişafı və cəmiyyətin maarifləndirilməsində mətbuatın rolu və qarşlıqlı əməkdaşlıq yolları müzakirə olunub.
Görüşün əvvəlində media nümayəndələrinə Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə cəmiyyətin doğru, operativ və etibarlı informasiya ilə təmin olunması və kollecin mədəni-kütləvi tədbirlərində göstərdikləri dəstəyə görə təşəkkürnamələr təqdim olunub. Kollecin direktoru Kamal Əhmədov bildirib ki, belə görüşlər media ilə müxtəlif qurumlar arasında əlaqələri möhkəmləndirir, qarşılıqlı dialoqu genişləndirir və ictimai əhəmiyyətli məsələlərin birgə həllinə töhfə verir.
Azərbaycanın Əməkdar jurnalisti Fərman Nəbiyev, “Data.org.az” informasiya portalının redaktoru Yeganə Nəbiyeva, “Mingəçevir” qəzetinin redaktoru Mirsədi Daşdəmirov və qəzetin əməkdaşı Mətanət Məmmədova, “Kanal32” MMC-nin direktoru İnqilab Şirinli, “İdealxeber” informasiya saytının əməkdaşı Esmira Hidayətova, “Azərbaycan bələdiyyəsi” qəzetinin bölgə müxbiri İxtiyar Həsənli diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar media sahəsində mövcud çağırışlar, informasiya təhlükəsizliyi və regionda baş verən proseslərlə bağlı fikirlərini də bölüşüblər.
Sonda xatirə fotosu çəkilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.