APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün banklardan birinin qarşısında baş verib. Belə ki, tanışı tərəfindən bayıra çağırılan bank əməkdaşı Həsənov Aydın Sədrəddin oğlu həmin şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı həmkarları tərəfindən xəstəxanaya çatdırılıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Əvvəlki yazı
Şərhlər bağlıdır.