Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirli bərbər öz iş yerində qətlə yetirilib

268

Mingəçevir şəhərində bərbərlik fəaliyyəti ilə məşğul olan şəxs öz iş yerində amansızlıqla qətlə yetirilib. Polis Şöbəsindən data.org.az  səhifəsinə verilən məlumata görə, hadisə bu gün, oktyabrın 22-də şəhərin İ.Qayıbov  küçəsindəki 2 saylı ünvanda yerləşən bərbərxanada baş verib. Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan Eldar Abbasov şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı Pərviz Məmmədova 20-dən çox bıçaq zərbəsi vuraraq, onu amansızlıqla qətlə yetirib.

Eldar Abbasovu hadisə baş verən bərbərxanada polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin ehtimala görə, hadisənin qısqanclıq zəmnində törədildiyi bildirilir. 1990-cı il təvəllüdlü Eldar Abbasovun subaydır, 1983-cü il təvəllüdlü Pərviz Məmmədov isə ötən il evlənmişdi və  bir uşaq atası idi.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər bağlıdır.