Mingəçevirin ilk data-jurnalistika platforması!

“Yaşıl Yol Xəritəsi” layihəsinin 22 benefisiarına mentor dəstəyi göstərilib

1 may 2026-cı ildən başlayan və avqustun sonunadək davam edəcək layihə çərçivəsində 3 təşkilat üçün üçün “Davamlı Tədbirlər Bələdçisi”nin hazırlanması nəzərdə tutulub.

1

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin “Yaşıl Yol Xəritəsi” layihəsi çərçivəsində onlayn təlimlər iyulun 30-da zoom platforması üzərindən aparılıb. Səhər saatlarında  Mingəçevir, Gəncə və Bərdənin 9 biznes nümayəndəsi bir araya gəlib. “Yaşlıların Təhsili Assosiasiyası” İctimai Birliyinin sədri, layihənin eksperti Azər Ramazanov tədbirləri ekoloji cəhətdən təmiz, sosial baxımdan inklüziv və iqtisadi cəhətdən səmərəli şəkildə təşkil etmək üçün təqdimat edib və “Dayanıqlı Tədbirlər Bələdçisi”nin hazırlanması məqsədilə məsləhətlərini verib. O, müxtəlif tədbirlərin hazırlıq prosesi və keçirilməsi ilə bağlı planlaşdırma, eyni zamanda monitorinq və qiymətləndirmə aparmağın, məsul şəxsləri  qabaqcadan müəyyənləşdirməyin, icra prosesini mütəmadi izləməyin və uyğunsuzluqları proses ərzində aradan qaldırmağın əhəmiyyətindən danışıb, bunun sadə yollarını göstərib. Ekspert vurğulayıb ki, enerji və suya qənaət etmək, iştirakçıların tədbir məkanına piyada və ya ictimai nəqliyyatdan istifadə etməklə gəlməsini həvəsləndirmək, kağız və plastik məhsullardan imtina etməyə çalışmaq, bütün paylama materiallarını, sorğuları, hətta sertifikatları digital formada təqdim etmək, şəffaflığa nail olmaq əsas şərtlərdəndir: “Dayanıqlı Tədbirlər Bələdçisi BMT-nin qəbul etdiyi və Azərbaycanın da öhdəsinə götürdüyü 17 məqsədə çatmaq üçün ən mühüm və vacib sənəddir. Həm də belə bir sənəd sizə donorun etibarını artıracaq”.

Həmin gün nahardan sonra da hər üç bölgədən olan dövlət qurumlarının (6 nəfər), eyni zamanda vətəndaş cəmiyyəti təşkilatlarının (7 nəfər)  nümayədələrinə də mentor dəstəyi göstərilib. Ekspert iştirakçıların sullarını cavablandırıb. Həm də bildirib ki, bələdçi hazırlmaq istəyən hər bir təşkilata onun tərrəfindən  metodiki kömək və praktik yardım göstəriləcək.

İctimai Birliyin prezidenti, layihənin rəhbəri, Əməkdar jurnalist Fərman Nəbiyevin açıqlamasına görə, 1 may 2026-cı ildən başlayan və avqustun sonunadək davam edəcək layihə çərçivəsində 3 təşkilat üçün üçün “Davamlı Tədbirlər Bələdçisi”nin hazırlanması nəzərdə tutulub.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.