Mingəçevirin ilk data-jurnalistika platforması!

Bölgənin media təmsilçiləri bayramı Ağcakənddə keçirdilər

İş adamı Vüsal Əlibəyli Mingəçevirin KİV nümayəndələrinin bir günlük səfər və istirahətini öz öhdəsinə götürdü

1

Yerli media nümayəndələri 21 iyun 2026-cı ildə Ağcakəndə səfər ediblər. İş stressindən uzaqlaşaraq, yerli mətbəxin ləzzətlərindən dadan, meşədə və çay kənarında gəzən bölgə təmsilçiləri axşam düşənədək istirahət etdikləri məkandan ayrılmayıblar. Bu insanlar qaynar Mingəçevirdən kənara çıxmaqla sərin təbiətin qoynunda Milli Mətbuat və Jurnalistika Gününü xüsusi ovqatla qarsalayıblar. Dağların qoynunda, təmiz hava və mənzərəli məkanda təşkil olunan istirahət əsl ruh yüksəkliyi yaradıb.  Tanınmış iş adamı və xeyriyyəçi Vüsal Əlibəyli yazarları istirahət güşəsinə gətirsə də, özü şəxsi səbəblərdən iştirak edə bilməyib.Media əməkdaşları diqqətə görə iş adamına dərin minnətdarlıqlarını ifadə ediblər. Hətta vurğulayıblar ki, belə təşəbbüslər onlara yeni enerji verir.

Vüsal Əlibəyli Mingəçevir və ətraf bölgələrdə fəaliyyət göstərən iş adamıdır. Lakin o, yalnız biznes sahəsindəki uğurları ilə deyil, hər zaman cəmiyyətin yanında olan xeyriyyəçi mövqeyi ilə də seçilir. 44 günlük Vətən müharibəsindən başlayaraq şəhid ailələrinə və qazilərə verdiyi dəstək, əlamətdar günlərdə Şəhidlər Xiyabanında açdığı ehsan süfrələri və yerli əhaliyə göstərdiyi mütəmadi sosial yardım bu gün jurnalistlərə göstərilən diqqətin təsadüfi olmadığını bir daha təsdiqləyir.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.

Ana Geri Haqqımızda Əlaqə