Mingəçevirin ilk data-jurnalistika platforması!

Yarımkeçirici sənayesində qobal investisiya axınları

0

McKinsey & Company tərəfindən hazırlanan bu vizualizasiya yarımkeçirici sektorunda ən böyük xarici birbaşa investisiya (FDI) dəhlizlərini nümayiş etdirir.

Rəngarəng dairələr və oxlarla qurulan dizaynda hər dairənin ölçüsü ölkənin qəbul etdiyi ümumi investisiya həcmini göstərir. Oxların qalınlığı investisiya dəhlizinin miqyasını, istiqaməti isə sərmayənin hansı ölkədən gəlib hara yönəldiyini əks etdirir.

Vizualizasiya ABŞ-ın ən böyük investisiya mərkəzi olduğunu, Tayvanın isə yarımkeçirici sahəsində əsas investisiya mənbəyi kimi önə çıxdığını göstərir.

Eyni zamanda Avropa, Hindistan və Cənub-Şərqi Asiyada artan investisiya aktivliyi də qlobal kapital axınlarının necə dəyişdiyini aydın şəkildə ortaya qoyur.

https://www.mckinsey.com/featured-insights/year-in-review/year-in-charts

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.

Ana Geri Haqqımızda Əlaqə